Şəhid general-mayor Polad Həşimovun oğlu ABŞ-ın Purdue Universitetində təhsil alacaq

Qürur duyuruq, təbrik edirik!

QHT.az xəbər verir ki, bu il orta məktəbdən məzun olan şəhid general-mayor Polad Həşimovun oğlu Davud Həşimov təhsilini dünyanın ən nüfuzlu universitetlərindən biri olan ABŞ-nin "Purdue" universitetində davam etdirəcək.

Kompüter mühəndisliyi ixtisası üzrə təhsil alacaq Davud övladımızı qazandığı bu möhtəşəm uğur münasibətilə ürəkdən təbrik edir, ona gələcək həyatında uğurlar arzulayırıq.

Uğur həmişə sizlərlə olsun!