11 mediator beynəlxalq sertifikasiya təlimində iştirak edəcək
Mediasiya Şurasının inkişaf edən beynəlxalq əməkdaşlıq əlaqələri çərçivəsində mediatorların müxtəlif ölkələrdə təcrübə mübadilələri və ixtisasartırma kurslarında və beynəlxalq sertifikasiya proqramlarında iştirakı təmin edilir.
QHT.az xəbər verir ki, 25-29 avqust 2024-cü il tarixlərində Qazaxıstanın Almatı şəhərində Milli Mediasiya Mərkəzi, QHT Peşəkar Mediatorlar Təşkilatı və POO Mediasiya Mərkəzi "Beynəlxalq İnsan Hüquqları Mərkəzi" tərəfindən təşkil edilən “Mediasiya üzrə Beynəlxalq Yay Məktəbi” adlı seminarda Mediasiya Şurasının üzvü olan 11 mediator – Ülkər Zülfüqarova, Orxan Mahmudov, Aqil Əsgərov, Raul İsmayılov, Venera Əsgərova, Ramiz Kərimov, Şəmsinur Allahverdiyeva, Qabil Əsgərov, Tural Məmmədov, Zaur Quliyev və Rövşən İsmayılov iştirak edəcəklər.
Beynəlxalq seminarda beynəlxalq dərəcəli təlimçilər Jandilda Jakupov, Gülsina Kojoyarova, Foziljon Otaxonov və Yuliya Jiqulina ekspert qismində iştiak edəcəklər.