Türk Dünyası Mediatorlar Birliyinin nümayəndələri Azərbaycan Respublikasının Qırğızıstan Respublikasındakı səfirliyində olublar - FOTOLAR
Azərbaycan Respublikasının Mediasiya Şurasının mediatorlardan ibarət nümayəndə heyəti Türk Dünyası Mediatorlar Birliyinin iştirakı ilə Qırğızıstana səfəri zamanı Azərbaycan Respublikasının Qırğızıstan Respublikasındakı səfirliyində olublar. Nümayəndə heyətini səfir Lətif Qəndilov qəbul edib. Səfərin məqsədi, Qırğızıstan Respublikasındakı dövlət qurumları ilə görüşlər keçirmək və türkdilli ölkələrdə mediasiya institutunun qurulması, inkişafı və gələcək perspektivləri barədə fikir mübadiləsi aparmaq olub.
QHT.az xəbər verir ki, Türk Dünyası Arabulucular Birliyinin İdarə Heyətinin sədri Yakup Erikel və Azərbaycan Respublikasının Mediasiya Şurasının İdarə Heyətinin sədri Nadir Adilov səfirlikdə təşkil edilən qəbul üçün Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və Azərbaycan Respublikasının Qırğızıstandakı səfirliyinə öz təşəkkürlərini bildirib.
Cənab səfir Lətif Qəndilov isə öz növbəsində görüşdən məmnun olduğunu qeyd edib və nümayəndə heyətinə mediasiya sahəsindəki fəaliyyətində uğurlar arzu edib.