Aygün Əliyeva "RƏSMİ CAVAB"ın qonağı olub - VİDEO
Kimlər QHT yarada bilər? | Agentlik sədri QHT-lərin COP29-a hazırlığından danışdı - RƏSMİ CAVAB
"Rəsmi cavab" verilişinin yeni buraxılışı yayımlanıb. Verilişin budəfəki sayının qonağı Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyevadır. Proqramda QHT sahəsində dəyişikliklər, Agentlik tərəfindən QHT-lərə göstərilən dəstək, Azərbaycanda vətəndaş cəmiyyətinin hazırkı vəziyyətindən danışılıb. Həmçinin QHT-lərin COP29-a hazılrlığı, qrant müsabiqələrində qaliblərin seçim prinsipləri kimi mövzular müzakirə olunub.