“Müharibədən zərərçəkənlərə psixoloji dəstək” layihəsi çərçivəsində növbəti tədbir keçirilib - FOTOLAR

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi  ilə “Müharibədən Zərər Çəkmiş Ailələrə Dəstək” İctimai Birliyinin  həyata keçirdiyi  “Müharibədən zərərçəkənlərə psixoloji dəstək ” adlı layihə  çərçivəsində 12.07.2024- cü il tarixində Bərdə rayonunda 588- ci  məcburi köçkün qəsəbəsində tədbir keçirilib.
 

Tədbirdə Müharibədən Zərər Çəkmiş Ailələrə Dəstək İctimai Birliyinin sədri, layihə rəhbəri, Ətrabə Məmmədova, ekspert/psixoloq  Aliyə İmanova, Regional Gender Mərkəzi İB-nin sədri, Miqrasiya Əməkdaşlıq Platformasının üzvü, Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi yanında İctimai Şuranın üzvü Ş.Dadaşova və  588 və 866-cı məcburi köçkün qəsəbəsindən 25 nəfər  iştirak edib.


Layihə rəhbəri Ə.Məmmədova layihə və donor təşkilat haqda ətraflı məlumat verdikdən sonra layihənin məqsədi  və gözləntilər barədə məlumat verdi.   Ekspert/psixoloq A.İmanova  müharibədən zərər çəkmiş insanlara (Məcburi köçkün,şəhid,qazi ailələri)  dövlət qayğısı, qayıdışla bağlı  geniş məlumat verdi. Sonra mövzu ətrafında icma nümayəndələrinin çıxışı oldu. Onlardan Z.İsmayılov, E.Eyvazov, T.Səfərli, L.Əliyeva  öz təssüratlarını bölüşdülər. Onlar Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə və “Müharibədən Zərər Çəkmiş Ailələrə Dəstək” İctimai Birliyinə təşəkkür etdilər.  

   
İştirakçıları maraqlandıran  suallar cavablandırıldı və təklifləri dinlənildi. Layihə rəhbəri Ə.Məmmədova tədbirin uğurlu alınmasında dəstəyinə görə Bərdə Rayon İcra hakimiyyətinin başçısı Vidadi İsayevə, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin Baş məsləhətçisi Səbuhi Qasımova təşəkkür etdi.  

Layihə 3 ay müddətində Bərdə və Tərtər rayonlarında həyata keçiriləcək.  

Hədəf qrupları  Tərtər və Bərdə  rayonlarıda 16-70 yaş arası əhali qrupudur( şəhid ailələri,qazilər,veteranlar,ermənilər tərəfindən Bərdəyə raket atilan zaman zərər çəkmiş insanlar).