Ramil Əliyev: "Saytınızın vətəndaş cəmiyyətinin inkişafında və QHT fəaliyyətinin işıqlandırılmasında mühüm rolu var"

"İnkşafa və İslahatlara Dəstək" İctimai Birliyinin sədri Ramil Əliyev: 

QHT.az saytının 9 illik yubileyini təbrik edirəm!

Bu illər ərzində göstərdiyiniz əzm və fədakarlıqla böyük uğurlara imza atmısınız. Xüsusilə 44 günlük Vətən müharibəsindəki informasiya dəstəyiniz və sosial təşəbbüslərinizi yüksək qiymətləndirirəm. Saytınızın vətəndaş cəmiyyətinin inkişafında və qeyri-hökumət təşkilatlarının fəaliyyətinin işıqlandırılmasında mühüm rolu var. Gələcək fəaliyyətlərinizdə uğurlar arzulayıram. Daha böyük nailiyyətlərə imza atacağınıza inanıram".