Universitetimiz Qərbi Asiya universitetləri arasında 12-ci yerə yüksəlib- FOTOLAR

“QS Avropa 2025” reytinqində 281-ci yerə yüksələrək, ölkə birincisi olan UNEC, Qərbi Asiya universitetləri arasında 12-ci yerə yüksəlib.

QHT.az xəbər verir ki,

-“Akademik nüfuz”a (Academic Reputation) görə ölkədə birincilik əldə edən UNEC, Avropanın ən yaxşı 162-ci universiteti olub.

-“İşəgötürənlər arasında nüfuz” indikatoru üzrə ölkədə lider olan UNEC, Avropanın 150 ən yaxşı universiteti sırasına yüksəlib.

-UNEC-in reytinqdə lider olduğu digər indikator “Dayanıqlılıq” (Sustainability) üzrədir.

-“Məşğulluq nəticələri” (Employment Outcomes) üzrə də UNEC mövqeyini artıraraq, Avropanın ən yaxşı 200 universiteti sırasına yüksəlib.

QS Avropa Universitetləri reytinqində 42 ölkənin 685 ali təhsil müəssisəsi təmsil olunub.