Əmək Hüquqları və Sosial Müdafiə Sahəsində yeni əməkdaşlıq perspektivləri müzakirə edildi - FOTOLAR

İyulun 4-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi Vəli Quliyev və Xidmətin digər rəhbər işçiləri ilə keçirilmiş məzmunlu görüşdə mühüm məsələlər müzakirə edildi.

QHT.az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai Şuranın sədri Elşad Məmmədov məlumat verib. Görüşdə ölkədə əmək hüquqları ilə bağlı vəziyyət, əmək münasibətlərinin inkişaf istiqamətləri, əməyin mühafizəsi və sosial hüquqların qorunması sahələrində hüquqi-normativ bazanın təkmilləşdirilməsi kimi aktual məsələlər gündəmə gəldi.

Elşad Məmmədov bildirib ki, görüş çərçivəsində əmək hüquqlarının qorunması və inkişaf etdirilməsi istiqamətində bir sıra yeniliklər müzakirə edilib. Görüş zamanı tərəflər əmək münasibətlərinin inkişafı, işçilərin hüquqlarının daha da gücləndirilməsi və əməyin mühafizəsi ilə bağlı qanunvericiliyin təkmilləşdirilməsi üçün yeni təkliflər səsləndiriblər.

Qeyd edək ki, bu görüş əmək hüquqlarının inkişafı və sosial müdafiə sahəsində atılacaq addımlar üçün mühüm bir platforma oldu. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə İctimai Şura arasında əməkdaşlıq, gələcəkdə bu sahədə daha da irəliyə gedəcək və sosial müdafiə sisteminin güclənməsinə töhfə verəcək.

 

Pərvanə Fərhadqızı