Nazirliyin Aparat rəhbərinin müavini Cavid Əbdul-Qədirov Lənkəran rayonunda vətəndaşları qəbul edib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparat rəhbərinin müavini Cavid Əbdul-Qədirov iyunun 28-də Lənkəran rayonunda sakinləri qəbul edib.

 

Müraciət edənlər sırasında şəhid ailələrinin üzvləri də olub.

 

C.Əbdul-Qədirov onların sosial vəziyyəti ilə maraqlanıb, bütün şəhid ailələrinin və müharibə veteranlarının qayğı ilə əhatə olunmasının bu gün Nazirlik üçün başlıca fəaliyyət istiqamətlərindən olduğunu bildirib.

 

Qəbul zamanı vətəndaşların Nazirliyin səlahiyyət dairəsinə aid müraciətləri cavablandırılıb, müraciətlərdə əksini tapan məsələlərin həlli ilə əlaqədar tədbirlər görülüb.