UNEC-in ilk rektorunun xatirəsinə həsr olunmuş konfrans keçirildi - FOTOLAR

94-cü ildönümü qeyd edildiyi Azərbaycan Dövlət İqtisad Universitetinin 1930-1934-cü illərdə ilk rektoru olmuş Mehdibəy İsmayılovun xatirəsinə həsr olunan konfrans keçirilib.

QHT.az xəbər verir ki, M.İsmayılov dövrünün yüksək intellekti ilə seçilən, maarif və partiya işlərində zəngin təcrübəsi olan, fransız, alman, fars, türk və rus dillərini mükəmməl bilən ziyalılardan olub.

Rektorluğu dövründə tələbələrin azərbaycan dilində dərsliklərlə təmin olunması, təhsildə nəzəriyyə və praktikanın vəhdəti, fakültələr əsasında institutların yaradılması ilə bağlı etdiyi cəhdlər barədə maraqlı çıxışlar dinlənildi, dəyərli ziyalımızın əziz xatirəsi ehtiramla yad edildi.