İqlim Dəyişikliyi və Əhali Dinamikasına Təsiri: COP29 Yolunda Onuncu Tədbir- FOTOLAR

“29 iqlim söhbəti: “COP29”a gedən yol”da onuncu tədbir “İqlim dəyişikliyi və onun əhali dinamikasına təsiri” mövzusunda baş tutub.

QHT.az xəbər ki, BMT-nin Əhali Fondu və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin birgə təşkil etdiyi tədbirdə hökumət rəsmiləri, BMT və vətəndaş cəmiyyəti institutlarının nümayəndələri, beynəlxalq və yerli ekspertlər iştirak ediblər.

BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreeeva, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov və BMT-nin Əhali Fondunun Azərbaycan üzrə ölkə direktoru Məryəm Xan açılış nitqləri ilə çıxış ediblər.

Açılış mərasimindən sonra tədbir panel sessiyası ilə davam edib.

Paneldə iqlim dəyişikliyinin əhali dinamikasına təsirləri, o cümlədən miqrasiya, urbanizasiya və demoqrafik dəyişikliklər müzakirə olunub. Ekspertlər iqlim dəyişikliyinin həssas əhali qruplarına təsirləri haqqında məlumatlar bölüşərək uyğunlaşma və dayanıqlılığın təmin olunması üçün bir sıra strategiyalardan danışıblar.