UNEC rektoru “İxtisas üzrə Minor Təhsil Proqramı”nı uğurla bitirən ilk məzunlarla görüşüb

Rektor prof. Ədalət Muradov “İxtisas üzrə Minor Təhsil Proqramı”nı uğurla bitirən ilk məzunlarla görüşüb.

QHT.az xəbər verir ki, 2021/2022 -ci tədris ilindən başlayaraq, əyani bakalavrlar üçün tətbiq edilən “İxtisas üzrə Minor Təhsil Proqramı” tələbənin digər ixtisas üzrə sertifikat əldə etməsini təmin edən və məzunların əmək bazarına çevik uyğunlaşmasını təmin edən proqramdır.

Tələbələr proqramın daha da təkmilləşdirilməsi istiqamətində təkliflər də səsləndiriblər.