Alimlər Avstraliyada tarixdən əvvəlki dövrlərdə yaşadığına inandıqları canlı aşkar ediblər

Avstraliyada alimlər Echidnapus adlandırılan qədim bir məxluqun fosilləşmiş çənə sümüyünü aşkar ediblər.

QHT.az xəbər verir ki, Yeni Cənubi Uelsin opal tarlalarında tapılan fosillər arasında digər qədim monotremlərə aid nümunələr də var. Rəsmi adı Opalios splendens olan bu yeni növ, platypus və exidna ilə oxşarlığına görə bu adla anılıb. Tapıntı, Avstraliyada bir vaxtlar nadir heyvan növlərinin bol olduğunu göstərir.

Fosillər təxminən 100 milyon il əvvələ aid edilir və Avstraliya Muzeyinə bağışlanmışdır. Tədqiqatı aparan komanda, naməlum olan üç yeni növün varlığını təsbit edib. Nəticələr Alcheringa: Australasian Journal of Paleontology jurnalında dərc edilib. Professor Chris Helgen bu canlıların daha əvvəl heç bir monotremlərdə görülməyən əlamətlər kombinasiyasına malik olduğunu qeyd edib. Digər ekspertlər isə əlavə araşdırmalara ehtiyac olduğunu bildirirlər.

 

Pərvanə Fərhadqızı