Yetkinlik Yaşına Çatmayanlarla Əlaqəli Hüquqi İzləmə Konfransı - FOTOLAR

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən keçirilən konfransda Mediasiya Şurası İntizam Komissiyasının sədri Mayıl Əhməd iştirak edib.

QHT.az xəbər verir ki, 24 may 2024-cü il tarixində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən "Yetkinlik yaşına çatmayanlar tərəfindən və onlara qarşı törədilmiş hüquq pozuntularının qarșısının alınması: imkanlar və perspektivlər” mövzusunda elmi-praktiki konfrans keçirilib.

Bir çox dövlət qurumları və qeyri-hökümət təşkilatlarının nümayəndələrinin iştirak etdiyi konfransda açılış nitqi ilə Daxili işlər nazirinin müavini polis general – leytenantı Oqtay Kərimov çıxış edib.

Konfransda Mediasiya Şurasını Şuranın İntizam Komissiyasının sədri, Bakı 8 saylı Mediasiya Təşkilatının rəhbəri Mayıl Əhməd təmsil edib. O, ailə münasibətlərindən irəli gələn mübahisələr üzrə mediasiyaya olunan müraciətlərdə yetkinlik yaşına çatmayan azyaşlıların hüquqlarından söz açıb, daha sonra Mediasiya Şurası olaraq bu sahədə görülən tədbirlər barədə məlumat verib.