QHT sədri Ruslan Atakişiyevə ağır itki üz verib

"İqtisadi Resursların Öyrənilməsi" İctimai Birliyinin sədri Ruslan Atakişiyevə nənəsi Firuzə Atakişiyevanın vəfatı münasibətilə dərin hüznlə başsağlığı veririk.

Firuzə Atakişiyeva uzun illər Mingəçevir 8 nömrəli kənd məktəbində tarix və coğrafiya müəllimi kimi xidmət göstərib və cəmiyyətimizə böyük töhfələr verib.

QHT.az bu ağır itki qarşısında QHT sədrinin ailəsinə və yaxınlarına Allahdan səbr və mərhuməyə rəhmət diləyir. Məkanı cənnət olsun.