Kəmaləddin Heydərov Əhməd Vahidiyə başsağlığı verdi

Azərbaycan Respublikasının fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov faciəvi helikopter qəzası nəticəsində İran İslam Respublikasının Prezidenti cənab İbrahim Rəisinin və onu müşayiət edən nümayəndə heyətinin həlak olması ilə bağlı dost ölkənin daxili işlər naziri Əhməd Vahidiyə başsağlığı məktubu göndərib.

 

QHT. az Axar.az-a istinadən xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

 

Nazir Ə.Vahidiyə belə ağır məqamda kədərlərini bölüşdüyünü bildirib, dərin hüznlə başsağlığını çatdırıb