Macarıstan Ombudsmanı mediatorları qəbul edib - FOTOLAR

Azərbaycan Respublikasının Mediasiya Şurasının mediatorlardan ibarət nümayəndə heyəti Türk Dünyası Mediatorlar Birliyi iştirakı ilə, Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin təşkilati dəstəyi ilə Macarıstana səfəri zamanı Macarıstan Ombudsmanı Akoş Kozma nümayəndə heyətini qəbul edib.

QHT.az xəbər verir ki, qonaqlara Macarıstan Ombudsmanının gördüyü işlər barədə məlumat verilib və mediatorların təcrübələri Ombudsman tərəfindən dinlənilib.