QHT tərəfindən maliyyə savadlılığı mövzusunda təlimlər davam etdirilir - FOTOLAR

Azərbaycan Respublikasının Mərkəzi Bankı ilə əməkdaşlıq əsasında “Regional İnkişaf” İctimai Birliyi (RİİB) tərəfindən həyata keçirilən maliyyə savadlılığı mövzusunda təlimlər davam etdirilir.

QHT.az xəbər verir ki, RİİB-in könüllülük proqramı çərçivəsində Ağcabədi rayonu, Mingəçevir və Bakı şəhərlərində təşkil edilən növbəti təlimlərdə Mərkəzi Bankın əməkdaşları tərəfindən marketinq - neyromarketinq, maliyyə savadlılığı üzrə e-resurslar, şəxsi maliyyənin idarə edilməsi, yığım vərdişlərinin aşılanması, gəlir və xərclər planı, istehlak büdcəsi, xərclərin idarə olunması və onlarla bağlı rasional qərarların verilməsi, cari xərclər və onlara qənaət haqqında ətraflı məlumat verilib, həmçinin maarifləndirici materiallar paylanılıb.