ABŞ-da insanlar maral zombi xəstəliyinə yoluxub

ABŞ-da maral zombi xəstəliyi kimi tanınan nadir prion xəstəliyinə insanların yoluxması ilə bağlı şübhəli hallar bildirilmişdir. 

QHT.az xəbər verir ki, bu xəstəliklər hal-hazırda sağalmazdır və yoluxmuş şəxs ölənə qədər irəliləyir. Tədqiqat zamanı 72 yaşlı kişi çaşqınlıq və emosional problemlər yaşadığını bildirib. Vaxt keçdikcə o, digər simptomları, o cümlədən qıcolmaları hiss etməyə başladı və xəstəyə dəli dana xəstəliyinə bənzər diaqnozu qoyuldu. Eyni zamanda xəstəxanaya eyni simptomlarla daha bir xəstə daxil olub. Mütəxəssislər onların arasında əlaqəni müəyyən ediblər: xəstələr bir-birini tanıyırdılar, yerli maral ovçuları idilər və maral əti yeyirdilər.

Tədqiqatçılar hər iki xəstənin xroniki arıqlama xəstəliyindən əziyyət çəkən marallarla təmasda olduğunu, prionların bir növdən digərinə ötürülməsi ehtimalını irəli sürürlər. Bununla belə, müəlliflər qeyd edirlər ki, hazırda prionların növlərarası ötürülməsinə dair inandırıcı dəlil yoxdur.

 

Pərvanə Fərhadqızı