"Ər-arvadın əmlakının bölünməsi" mövzusunda onlayn görüş keçirilib - FOTOLAR 

Mediasiya Şurasının təşkilatçılığı, Bakı 3 saylı Mediasiya Təşkilatının rəhbəri Paşa Səfərovun ekspertliyi ilə "Ər-arvadın əmlakının bölünməsi ilə bağlı mediasiya işləri və onlar üzrə barışıq sazişləri" mövzusu üzrə ZOOM platforması üzərindən onlayn görüş keçirilib.

QHT.az xəbər verir ki, görüşdə məqsəd peşəkar mediatorların təcrübədən irəli gələn məzmunları mediatorlara çatdırması və barışıq sazişlərinin keyfiyyətli məzmunu üzrə müzakirələr aparmaq və qeydlər etmək olub.