UNEC-də ELM GÜNLƏRİ YEKUNLAŞDI - FOTOLAR

Bu gün UNEC-də 27.03-04.04 tarixlərində keçirilmiş UNEC Elm Günlərinə yekun vurulub.

QHT.az xəbər verir ki, Elm günlərində keçirilmiş tədbirlər haqqında məlumat verilib, UNEC-də ilk dəfə hazırlanmış "2023-cü ilin elmmetrik göstəriciləri. İNFOQRAFİK Məlumat" kitabının təqdimatı keçirib. Elmi fəaliyyətdə fərqlənən tədqiqatçıları, əməkdaşları, tələbələri, kafedraları, tədqiqat mərkəzlərini mükafatlandırılıb.

UNEC-in rektoru Ədalət Muradov bildirib ki, Universitetin elmi fəaliyyətdə əldə etdiyi uğurlar bizi daha da ruhlandırır: "Bu uğurların əldə edilməsində əməyi olanların hər birinə təşəkkür edirəm".