İraqın keçmiş müdafiə naziri hava limanında saxlanılıb

İraqın keçmiş müdafiə naziri, İraq-İsveç ikili vətəndaşlığı olan Nəcah əl-Şəmmari İsveçdə saxlanılıb. O, Skandinaviya ölkəsində qanunsuz olaraq müavinət almaqda şübhəli bilinir.

QHT.az xəbər verir ki, əl-Şəmmari təxminən bir il yarımdır ki, axtarışdadır. Prokuror TV4 telekanalına bildirib ki, əl-Şəmmari bazar ertəsi İsveçə gələrkən Stokholm hava limanında saxlanılıb. İsveç mediası daha əvvəl məlumat vermişdi ki, Əl-Şəmmari Bağdadda yaşamasına baxmayaraq, illərdir uşaq və mənzil müavinətləri istəyir.

2019-cu ildə İsveçin TT xəbər agentliyi əl-Şəmmarinin Stokholm ətrafında yaşayan kimi qeydiyyata alındığını bildirib. O, 2011-ci ildə İsveçə köçüb, 2015-ci ildə vətəndaşlıq alıb və həyat yoldaşı ilə birlikdə müavinət fırıldaqlarında şübhəli bilinərək hakimiyyətin diqqətinə düşüb. İddialara görə, o, İraqa qayıtdıqdan illər sonra sosial müavinət tələb etməyə davam edib.