Xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün Novruz şənliyi təşkil edilib - FOTOLAR

Martın 18-da Bakı Kitab Mərkəzi tərəfindən "Regional İnkişaf” İctimai Birliyi və Bakı şəhəri 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin dəstəyi ilə xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün Novruz şənliyi təşkil edilib.

QHT.az xəbər verir ki, artıq ənənəyə çevrilən tədbirdə Sağlamlıq imkanları məhdud uşaqlar üçün 3 №-li Respublika Xüsusi internat məktəbi və 10 nömrəli sanatoriya tipli internat məktəbinin şagirdləri iştirak edib.

Tədbirdə 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi tərəfindən “Xonçalı Novruz” adlı musiqili-əyləncəli proqram nümayiş olunub, həmçinin uşaqlar üçün “Nağıl saatı”, “face art” və nahar süfrəsi təşkil edilib.

Sonda Bakı Kitab Mərkəzi adından uşaqlara hədiyyələr və şirin sovqat paylanılıb.