Qadınların Statusu Komissiyasının 68-ci sessiyası davam edir - FOTOLAR

Qadınların Statusu Komissiyasının 68-ci sessiyası çərçivəsində BMT-nin Qəyyumluq Şurasında Baş Katib Antonio Guterreşin iştirakı ilə Vətəndaş Cəmiyyəti nümayəndələri ilə görüş keçirilib.

QHT.az xəbər verir ki, Baş Katib hökumətlər tərəfindən qəbul olunan qərarlarda vətəndaş cəmiyyətinin iştirakının əhəmiyyətini xüsusi vurğuladı və çıxışının sonunda gender bərabərliyinin qorunmasında qadınlara, vətəndaş cəmiyyəti nümayəndələrinə aktiv olmağa səslədi.

Qeyd edək ki, "Əlil Qadınlar Cəmiyyəti" İctimai Birliyinin sədri Məhluqə Rəhimova və "Vətəndaşların Sosial Rifahı Naminə" İctimai Birliyininin sədr müavini Nədimə Rəhimli Amerika Birləşmiş Ştatlarının Nyu-York şəhərində keçirilən BMT-nin Qadınların Statusu Komissiyasının 68- ci sessiyasında vətəndaş cəmiyyəti nümayəndəsi olaraq təmsil olunurlar. Sessiya işini 11-22 mart tarixlərində davam etdirəcək.