“Azərbaycan Qadınlarının Gücü” adlı xanım tələbələr üçün imtahan keçirilib - FOTOLAR

UNEC Tələbə Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə 8 Mart - Beynəlxalq Qadınlar Gününə həsr olunmuş “Azərbaycan Qadınlarının Gücü” adlı tədbir çərçivəsində xanım tələbələr üçün imtahan keçirilib.

QHT.az xəbər verir ki, ümumilikdə UNEC-in 32 nəfər xanım tələbəsinin iştirak etdiyi imtahanda iştirakçılar sahibkalıq fəaliyyəti ilə bağlı verilən sualları cavablandırıblar. İmtahanlarda ən yüksək bal toplayan ilk 15 tələbə qalib olub.

Tələbələr martın 4-də keçiriləcək “Azərbayan Qadınlarının Gücü” adlı tədbirdə təltif olunacaqlar.