Dünyanın ən uzun kişisi dünyanın ən qısa qadını ilə yenidən qarşılaşıb
Dünyanın ən uzun kişisi dünyanın ən qısa qadını ilə qarşılaşıb. Görüş ötən gün Kaliforniyada baş tutub və burada cütlük yerli müəssisələrin birində səhər yeməyi yeyib və birlikdə şəkil çəkdirib.
QHT.az xəbər verir ki, 41 yaşlı Sultan Kesen yaşayan ən uzun insan kimi Ginnesin Rekordlar Kitabına düşüb, 30 yaşlı Jyoti Amge isə dünyanın ən qısa yaşayan qadınıdır. Sultanın boyu 2,5 m. Ona adətən hipofiz vəzinin şişindən yaranan akromeqaliya diaqnozu qoyulub. Şiş həddindən artıq miqdarda böyümə hormonu istehsal edir ki, bu da gigantizmə səbəb ola bilər. Kosen 2011-ci ildə böyümə hormonu istehsalına nəzarət etmək üçün Virciniya Universitetinin Tibb Mərkəzində müalicə aldıqdan sonra böyüməsini dayandırdı. O, həm də canlı insanın ən böyük əlləri rekordunu qırıb: hər birinin uzunluğu 28,49 sm-dir.
Kösen boyu 60 sm olan Amgedən 4 dəfə böyükdür. O, cırtdanlığın nadir forması olan axondroplaziyaya malikdir. 18 yaşından sonra, 16 dekabr 2011-ci ildə Ginnesin Rekordlar Kitabı onu rəsmi olaraq dünyanın ən qısaboylu qadını elan etdi.
Pərvanə Fərhadqızı