Amerikalı alimlər süni intellekt hesablamaları üçün mikroçip yaradıblar

ABŞ mühəndisləri mürəkkəb riyazi hesablamaları yerinə yetirmək üçün elektrik əvəzinə işıq dalğalarından istifadə edən innovativ mikroçip hazırlayıblar.

QHT.az xəbər verir ki, yaradıcıların fikrincə, o süni intellekt texnologiyalarında istifadə olunan neyron şəbəkələrin layihələndirilməsi və istismarında fundamental riyazi əməliyyat olan vektor matrisinin çoxaldılmasını həyata keçirməyə qadirdir.

Alimlərin fikrincə, qurğu demək olar ki, işıq sürəti ilə mürəkkəb hesablamalar aparmağa qadirdir. Bundan əlavə, prosessor arxitekturası haker hücumundan demək olar ki, tam qorunma təmin edir, çünki çip məxfi məlumatların kompüterin iş yaddaşına yüklənməsini tələb etmir. Buna paralel hesablamalar vasitəsilə nail olunur.

 

 

Pərvanə Fərhadqızı