GÖMRÜK SİSTEMİNDƏ TƏTBİQ EDİLƏN YENİLİKLƏRLƏ BAĞLI GÖMRÜK ƏMƏKDAŞLARININ BİLİK SƏVİYYƏLƏRİ ÖYRƏNİLİB

Sumqayıt Gömrük İdarəsində xidmət edən gömrük əməkdaşlarının gömrük sistemində tətbiq edilən yeniliklər və təkmilləşdirilmələrlə bağlı bilik səviyyələri öyrənilib.  

 

Məqsəd Dövlət Gömrük Komitəsi tərəfindən hazırlanmış yeni layihələrin, metodiki tövsiyələrin, texnoloji sxemlərin və qəbul edilmiş hüquqi aktların dərindən öyrənilməsi, düzgün tətbiq edilməsi istiqamətində əməkdaşların bilik səviyyələrinin müəyyən olunmasıdır.  

 

Proses idarə üzrə yaradılmış xüsusi Komissiyanın nəzarəti altında həyata keçirilib və gömrük orqanlarına bəyan edilmiş malların dəyərinin düzgün müəyyən edilməsinin araşdırılması, ona düzəlişlərin edilməsi, Avtomatlaşdırılmış Risk Analizi Sistemi (ARAS) əsasında əməliyyatların aparılması, gömrük orqanları tərəfindən malların mənşə ölkəsinə nəzarətin həyata keçirilməsi, “Gömrük İnkişaf Modeli” və gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin bəyan edilməsi qaydaları mövzularında iştirakçıların bilik səviyyələri öyrənilib.

 

Əldə edilən nəticələr əməkdaşların fəaliyyətlərinin düzgün, ədalətli qiymətləndirilməsi ilə yanaşı gömrük işinin daha səmərəli şəkildə təşkilinə şərait yaradacaq.