Çində güclü zəlzələ baş verib

Çinin Qırğızıstanla sərhədində yerləşən Sincan əyalətində 7 bal gücündə zəlzələ qeydə alınıb.

QHT.az xəbər verir ki, Özbəkistanda yeraltı təkanlar 4 bal gücündə hiss olunub, Özbəkistan Fövqəladə Hallar Nazirliyinin Respublika Seysmik Proqnozların Monitorinqi Mərkəzi məlumat yayıb. Yeraltı təkanların dərinliyinin 15 kilometr olduğu bildirilir. Zərər barədə məlumat verilməyib.

 

Pərvanə Fərhadqızı