Google istifadəçiləri gizli izləmək üçün 5 milyard dollar ödəyəcək
Google Chrome brauzeri istifadəçilərinin məxfi məlumatlarının toplanması ilə bağlı məhkəmə çəkişməsi çərçivəsində Amerikanın Google şirkəti ən azı 5 milyard dollar ödəməyə razılaşıb.
QHT.az xəbər verir ki, razılaşmanın şərtləri açıqlanmadı, lakin hüquqşünaslar Google-un məcburi tələblər siyahısı ilə razılaşdığını söyləyib. 24 fevral 2024-cü il tarixinədək təsdiqlənmək üçün məhkəməyə təqdim olunacaq. İddiaçıların şikayətinə əsasən, Google tətbiqləri şirkətə istifadəçilərin Google Chrome brauzerindən gizli rejimdə istifadə etdikdə belə onların fəaliyyətini izləməyə icazə verib. Bu yolla şirkət istifadəçilərin dostları, hobbiləri, sevimli yeməkləri, istehlak vərdişləri və insanların internetdə axtardığı “potensial utancverici şeylər” haqqında məlumat əldə edə bilirdi.
Google-a qarşı iddia 2020-ci ildə ABŞ-ın Kaliforniya ştatında açılıb. Şirkətin xidmətlərindən "milyonlarla" istifadəçini əhatə edən iddia, federal telefon dinləmə qanunlarını və Kaliforniya məxfilik qanunlarını pozduğuna görə hər qurban üçün ən azı 5000 dollar təzminat tələb edir.
Pərvanə Fərhadqızı