Mediasiya Şurası Sosial ve Aqrar Texnoloji Kollecinin tələbələri ilə görüş keçirilib - FOTOLAR

Mediasiya Şurası ilə Lənkəran Dövlət Universitetinin nəzdində Sosial ve Aqrar Texnoloji Kolleci arasında səmərəli əməkdaşlığın nəticəsi olaraq kollecin tələbələri ilə görüş keçirilib.

QHT.az xəbər verir ki, görüşdə Kollecin nümayəndəsi çıxış edərək ölkəmizdə aparılan mediasiya islahatları barədə danışıb, Mediasiya Şurası və universitet arasında olan əməkdaşlığın əhəmiyyətini qeyd edib.

Görüşdə daha sonra Lənkəran 1 saylı Mediasiya Təşkilatının rəhbəri Ramin Şükürov və təşkilatın mediatoru Könül Rəcəbova iştirakçılara mediasiya ilə bağlı maarifləndirici çıxışlar edib və günümüzdə mediasiyanın rolu və əhəmiyyəti müzakirə olunub, tələbələrlə müxtəlif kazuslar müzakirə edilib və onları maraqlandıran suallar

cavablandırılıb.

 

 

Pərvanə Fərhadqızı