“Yığılıb səfərbər olaq, təmizləyək minaları” – mina qurbanı

“Mən gənc qız ikən minaya düşdüm, ayağımı itirdim, protezlə gəzirəm. Nə qədər toxtax dursam da öz valideyinlərimi, şəhid və qazi analarını gözümün qabağına gətirirəm. Bu böyük bir dəhşətdir. Ayaqsız gəzmək, yaşamaq olar, amma bu gələcək üçün, nəslimiz üçün çətindir. Ona görə də hayqıraraq yalvarıram ki, eşitsin dünya xalqları dayandırılsın mina istehsalı, basdırılmasın minalar. Yığılıb səfərbər olaq, təmizləyək minaları”.

QHT.az xəbər verir ki, bu sözləri bu gün “Minaların geri qayıdan məcburi köçkünlərə və onların icmalarına təsiri: beynəlxalq həmrəyliyə ehtiyac” adlı keçirilən tədbirdə mina qurbanı Tamara Cəfərova bildirib. O, qeyd edib ki, mina qurbanlarının sayı hər gün artmaqda və bu, dünya üçün böyük bir təhlükədir: “Hər birimiz bir növ mina qurbanı kimi hiss edirik, çünki bu faciə insanlığa məxsusdur. Minaları dayandırmaq üçün birgə çalışaq. Gələcəyimizi qorumaq, nəslimizi qorumaq üçün bu zorluğa qarşı durmağa çağırıram”.

 

Pərvanə Fərhadqızı