Niyə vaxtaşırı kompüterimizi yenidən başlatmalıyıq?

Şəxsi kompüterinizi vaxtaşırı yenidən yükləməyiniz məsləhətdir. Bu mən deyil, İT mütəxəssisi Sergey Kuzmenko bildirir. Onun fikrincə, bu cihazla bağlı əksər xırda problemləri aradan qaldırmağa kömək edə bilər.

QHT.az xəbər verir ki, o, kompüterinizi müntəzəm olaraq yenidən yükləməyin faydalı ola biləcəyinin ən azı yeddi səbəbini vurğulayır. Onlardan biri yeniləmələrin düzgün quraşdırılmasıdır, çünki əməliyyat sistemində və ya proqram təminatında bir çox dəyişiklik kompüterin tamamilə söndürülməsini və sonra işə salınmasını tələb edir. Başqa bir səbəb proqram təminatı və RAM-da kiçik qüsurları aradan qaldırmaqdır.

Onun sözlərinə görə, yenidən yükləmə əməliyyat sisteminin ümumi işini yaxşılaşdırmağa kömək edir və proqramların bəzən bağlandıqdan sonra istifadə olunmuş RAM-ı “geri qaytarmaması” ilə bağlı yaddaş sızmalarını aradan qaldırır. Mütəxəssis hesab edir ki, yenidən yükləmə sistemin donması, aparat və ya printerlərdə olan problemləri həll edə bilər.

 

 

Pərvanə Fərhadqızı