Azərbaycanın Milli Qəhrəmanı Çingiz Qurbanovun doğum günüdür
Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Çingiz Salman oğlu Qurbanov 24 noyabr 1994-cü ildə Qusar rayonunun Həzrə kəndində anadan olub.
QHT.az xəbər verir ki, 2012-ci ildə məktəbi bitirərək Azərbaycan Texniki Universitetinə daxil olub. Daha sonra, 2016-cı ildə həmin universitetin məzunu olan Çingiz Qurbanov həmin ilin iyul ayında həqiqi hərbi xidmətə yollanıb. Əsgər Çingiz Qurbanov 2016-cı ilin dekabrın 29-da Azərbaycan-Ermənistan dövlət sərhəddində ermənilərin kəşfiyyat qrupunun təxribatının qarşısını alan zaman qəhrəmancaına şəhid olub. Nəticədə Çingiz Qurbanovun nəşi üç həftədən artıq erməni tərəfində qalıb və bütün beynəlxalq normaları pozan erməni tərəfi sonda 2017-ci il fevralın 5-i Çingiz Qurbanovun nəşini Azərbaycan tərəfinə təhvil verib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2017-cı ilin 7 fevral tarixli Sərəncamı ilə Çingiz Salman oğlu Qurbanov ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülüb.
Ruhu şad olsun!
Pərvanə Fərhadqızı