Rayon icra hakimiyyətlərində monitorinq qrupunun üzvləri üçün təlimlərə start verilib - FOTOLAR

BMT-nin Əhali Fondu və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin həyata keçirdiyi “Məişət zorakılığı və onunla mübarizə” layihəsi çərçivəsində rayon icra hakimiyyətlərində yaradılmış gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə monitorinq qrupunun üzvləri üçün təlimlərə start verilib.

QHT.az xəbər verir ki, “Azərbaycan Respublikasında məişət zorakılığı ilə mübarizəyə dair 2020-2023-cü illər üçün Milli Fəaliyyət Planı”nın icrası məqsədilə Bakı və İsmayıllıda məişət zorakılığının qarşısının alınması, zorakılıq hallarından zərər çəkmiş şəxslərə yardımın göstərilməsi mövzularında görüşlər təşkil olunub.

Layihənin məqsədi məişət zorakılığının qarşısının alınması istiqamətində tədbirlərin gücləndirilməsi və regionlarda zorakılıqla mübarizə sahəsində profilaktik və praktik işin aparılmasıdır.

 

 

Pərvanə Fərhadqızı