Ədliyyə işçilərinin 22 noyabr - Peşə bayramı münasibətilə ilə ağacəkmə aksiyası keçirilib - FOTOLAR
22 noyabr ədliyyə işçilərinin peşə bayramı və Azərbaycan Ədliyyəsinin 105 illiyi münasibətilə Şirvan regional ədliyyə idarəsinin və yerli icra, probasiya, qeydiyyat şöbələrinin və notariat ofisinin əməkdaşlarının iştirakı ilə ağacəkmə aksiyası keçirilib.
QHT.az xəbər verir ki, aksiyaya fəal qoşulan işçilər ətraf mühitin yaşıllıq zonasına çevrilməsi, vətəndaşların sağlam həyatının təmin olunması məqsədilə Şirvan şəhərinin iqliminə uyğun olaraq iynəyarpaqlı (sərv) və şam ağacları əkiblər.
Həmçinin, əkilən ağacların inkişafı üçün münbit torpaq və mineral gübrələrdən istifadə olunub. Ağacların mühafizəsi və mütəmadi qulluq göstərilməsi məqsədilə zəruri tədbirlər görülüb.
QHT.az Vətəndaş Cəmiyyəti adından bu münasibətlə bütün ədliyyə işçilərini peşə bayramı münasibətilə təbrik edir, çətin və şərəfli işlərində müvəffəqiyyətlər arzulayırıq.
Pərvanə Fərhadqızı