Hər bir insanın öz hüquq və vəzifələrini müəyyənləşdirmək hüququ var - VİDEO

Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 75-ci ildönümü münasibətilə BMT-nin Azərbaycandakı nümayəndəliyi BDU-nun Hüquq fakültəsi ilə birgə maddələrin sadələşdirilmiş izahlı videoçarxını hazırlayıb.

QHT.az xəbər verir ki, 10-cu maddəyə əsasən, hər bir insanın öz hüquq və vəzifələrini müəyyənləşdirmək və ona qarşı qaldırılan cinayət ittihamının əsaslandırılmış olub-olmamasını aydınlaşdırmaq üçün ona qarşı qaldırılan işə müstəqil və qərəzsiz məhkəmənin tam bərabərlik əsasında, açıq və ədalətin bütün tələblərinə riayət etməklə baxmasını tələb etmək hüququ var.

 

R.İmanov