Fransada rekord qıran molyusk tapılıb

Fransanın cənubunda Marsel yaxınlığındakı Port-Sent-Lui-dyu-Ron kommunasında rekord ağırlıqda olan molyusk tapılıb. 

QHT.az xəbər verir ki, molyuskun çəkisi 2,36 kq, uzunluğu 30 sm-dir. Tapıntı yerli fermer Daniel Kastejona məxsusdur və o, molyuskun Ginnesin Rekordlar Kitabına düşməsi üçün müraciət etmək niyyətindədir.

Təxminən 15 yaşı olan mollyuska tapıldığı yerə qaytarılacaq. Fermer bildirib ki, onu öldürmək axmaqlıq olardı: “O, bu ərazidə mollyuskalar ailəsinin gözəl nümayəndəsidir".

 

Pərvanə Fərhadqızı