“Kiyevin süqutuna üç gün qalmış”: jurnalist

Vaşinqton genişmiqyaslı təxliyə hazırlayırdı.

QHT.az xəbər verir ki, Amerika Birləşmiş Ştatları genişmiqyaslı müharibənin başlanğıcında öz vətəndaşlarını Ukraynadan təxliyə etməyə hazırlaşırdı, çünki onlar əmin idilər ki, Kiyev üç gün ərzində çökəcək. Bu barədə polşalı jurnalist Zbiqnev Parafianoviç “Polska na wojnie”  (“Polşa müharibədə”) kitabında yazıb. Onun məlumatlarına görə, Ağ Ev Ukraynanın bütün siyasi elitası və isteblişmenti də daxil olmaqla 40 min insanı ölkədən çıxarmaq niyyətində idi.

Ukraynanın şanslarına ən çox şübhə ilə yanaşan Joe Biden-in milli təhlükəsizlik müşaviri Jake Sullivan idi. Bu səbəbdən o, Polşa Prezidentinin Beynəlxalq Əlaqələr İdarəsinin rəhbəri Yakub Kumoçla mübahisə edib və o, ölkənin qələbəsinə əmin olub.

Jurnalist yazır ki, bu şübhələrə görə ABŞ Ukraynaya ağır texnika, daha sonra isə döyüş təyyarələri vermək istəməyib. T72 tanklarının təhvil verilməsi yalnız Bayden və Duda arasında keçirilən görüşdən sonra razılaşdırılıb.

 

Pərvanə Fərhadqızı