İranda 4,7 bal gücündə zəlzələ qeydə alınıb

İranın cənubunda 4,7 bal gücündə zəlzələ baş verib. Bu barədə noyabrın 20-də Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin saytında məlumat verilib.

QHT.az xəbər verir ki, zəlzələnin episentrinin təxminən 352 min nəfər əhalisi olan Bəndər Abbas şəhərindən 62 kilometr şimal-şərqdə yerləşdiyi vurğulanır. Epidemiya 10 kilometr dərinlikdə olub. Tələfat və dağıntılar barədə məlumat yoxdur.

 

R.İmanov