Çin və Səudiyyə Ərəbistanı arasında valyuta mübadiləsi sazişi imzalanıb
Çin Xalq Bankı və Səudiyyə Ərəbistanı Mərkəzi Bankı arasında valyuta mübadiləsi sazişi imzalanıb.
QHT.az xəbər verir ki, Çin Xalq Bankının məlumatına görə, saziş üç il müddətinə qüvvədə olacaq və qarşılıqlı razılaşma əsasında uzadıla bilər.
Çin və Səudiyyə Ərəbistanı arasında 50 milyard yuan (6,93 milyard ABŞ dolları) və ya 26 milyard Səudiyyə riyalı dəyərində ikitərəfli valyuta mübadiləsi sazişi iki ölkə arasında maliyyə əməkdaşlığının gücləndirilməsinə, yerli valyutaların istifadəsinin genişləndirilməsinə, ticarət və investisiyaların təşviqinə kömək edəcək.
R.İmanov