Ukraynadan olan “Eurovision” qalibi Rusiyada axtarışa verilib

“Eurovision 2016” musiqi müsabiqəsinin qalibi olmuş Ukraynanın xalq artisti Camala (Susana Camaladinova) Rusiyada axtarışa verilib.

QHT.az xəbər verir ki, müğənni Cinayət Məcəlləsinin maddəsi ilə axtarışda olsa da, Daxili İşlər Nazirliyinin məlumat bazasında hansı maddə ilə bağlı məlumat verilmir. Kartda Camalanın 1983-cü il avqustun 27-də Qırğızıstan SSR, Oş şəhərində anadan olduğu, milliyyətinin tatar olduğu, heç bir xüsusi əlamətləri olmayan göstərilir. Ukraynalı müğənni Rusiya Federasiyası Cinayət Məcəlləsinin 207.3-cü maddəsi (“Rusiya Silahlı Qüvvələrinin istifadəsi barədə bilə-bilə yalan məlumatın açıq şəkildə yayılması”) ilə başlanmış cinayət işi üzrə təqsirləndirilən şəxsdir.

Qeyd edək ki, 2022-ci ilin aprelində müğənni 50 il müddətinə Rusiyaya girişi qadağan edilən ukraynalı sənətçilərin siyahısına daxil edilib.

 

Pərvanə Fərhadqızı