Ağdam şəhərinin işğaldan azad olunmasının 3-cü ildönümüdür

Ağdam şəhəri 2020-ci il noyabrın 20-də Ermənistan silahlı qüvvələrinin işğalından azad edilib.

QHT.az xəbər verir ki, Prezident İlham Əliyevin bu il iyulun 31-də imzaladığı Sərəncama əsasən, hər il noyabrın 20-i ölkəmizdə Ağdam Şəhəri Günü kimi qeyd olunur.

Qeyd edək ki, Azərbaycan bu torpaqların əsl sahibi kimi Ağdamı yenidən inşa etməkdədir. Bildiyiniz kimi, işğala son qoyulmasından cəmi 6 ay sonra elə Ağdamda şəhərin baş planı Prezident İlham Əliyevə təqdim olunub. 2022-ci ilin avqustunda isə Ağdam şəhərinin 2040-cı ilədək inkişafına dair baş planı təsdiq edilib. Beləliklə, Ağdam Cənubi Qafqazın ən müasir, ən insanyönümlü şəhərlərindən biri və bəlkə də, birincisi kimi yenidən dirçəlməkdədir.

 

Pərvanə Fərhadqızı