Laçının Zabux kəndinə növbəti köç karvanı yola salınıb

Laçın rayonunun Zabux kəndinə növbəti köç karvanı yola salınıb.

 

QHT. az Oxu.Az-a istinadən  məlumatına görə, Qaradağ rayonu, Lökbatan qəsəbəsində məcburi köçkünlər üçün inşa edilmiş “Qobu Park-3” yaşayış kompleksinin qarşısından Bakı şəhərindən 15 ailə (57 nəfər);

 

Abşeron rayonundan beş ailə (14 nəfər);

 

Tərtər rayonundan iki ailə (10 nəfər);

 

Lənkəran şəhərindən bir ailə (dörd nəfər);

 

Bərdə rayonundan bir ailə (beş nəfər);

 

Qax rayonundan bir ailə (dörd nəfər) olmaqla ümumilikdə 25 ailə (94 nəfər) Laçın rayonunun Zabux kındinə yola salınıb.

 

Xatırladaq ki, bu günə qədər Zabux kəndinə 21 ailə (94 nəfər) köçürülüb.