150 avroya aldı, 4,2 milyon avroya satdı- "aldatma" ittihamı
Fransada bir cütlükdən 150 avroya aldığı maskanı 4,2 milyon avroya satan şəxs "aldatma" ittihamı ilə məhkəmə qarşısına çıxıb.
QHT.az xəbər verir ki, təqaüdçü cütlük maskanı Qabonda müstəmləkə qubernatoru olan əcdadlarının evində tapıb. 2021-ci ildə maskanı bir tacirə 150 avroya satdıqdan 6 ay sonra onun həqiqi dəyərini hərracdan sonra öyrəndilər. Qabon hökuməti satışın ləğv edilməsini və maskanın Qabona geri göndərilməsini tələb edib. Hekayə mərkəzi Fransada yaşayan 80 yaşlı bir cütlüyün bu tacirdən Fransanın cənubundakı bağ evlərinin əşyalarını atmağı xahiş etməsi ilə başladı.
Onlar evi 20-ci əsrdə Qabonun müstəmləkə qubernatoru Rene-Viktor Fournierdən miras alıblar. Taxta maska da şkafda tapılıb. Tacir bildirib ki, maskanı alan zaman onun əsl dəyərini bilmək mümkün olmayıb. Cütlük hərracla bağlı xəbərləri oxuyanda öyrəndilər ki, bu maska Qabondakı Fang xalqı tərəfindən hazırlanmış nadir 19-cu əsr Ngi maskasıdır.
Pərvanə Fərhadqızı