Həkimin xəstəsinə reseptdə "pişik almaq lazımdır" yazması gündəmə gəlib

ABŞ-da bir həkim bu yaxınlarda pişiyini itirən və özünü çox tənha hiss etdiyini söyləyən xəstənin reseptinə dərmanlarla birlikdə “Pişik övladlığa götür” yazıb. Bunun zarafat olmadığını vurğulayan həkim, pişiklərin insanları sağaltdığını bildirib. Pişiklər həqiqətən insan sağlamlığı üçün yaxşıdırmı? Elm bu barədə nə deyir?

QHT.az xəbər verir ki, ABŞ-ın Virciniya ştatında yaşayan Robin Sipe pulmonoloqun yanına gedəndə çox üzüldü. Buna səbəb onun bir müddət əvvəl pişiyini itirməsi olub. Sipe müayinə zamanı həkiminə “Mənim pişiyim bu yaxınlarda öldü. “Özümü çox kədərli və depressiyada hiss edirəm. Pişiyim daha əvvəl reanimasiyada müalicə aldığım müddətdə üç dəfə həyatımı xilas etdi”.

Doktor xəstəsinə yeni pişik almağı düşünməli olduğunu söylədi. Resept yazan doktor kağızda diqqəti cəlb edən daha bir maraqlı detal var idi. Həkim siyahının başında “Bir pişik al” yazmışdı.

Sipe klinikadan çıxan kimi pişik övladlığa götürüb.

 

Pərvanə Fərhadqızı