Özbəkistanda güclü partlayış, ölən və yaralananlar var

Özbəkistanın paytaxtı Daşkənddə güclü partlayış və ardınca baş verən yanğın nəticəsində 1 nəfər ölüb, 163 nəfər yaralanıb.

QHT.az xəbər verir ki, gecə Özbəkistanın paytaxtı Daşkənddə hava limanı yaxınlığındakı anbarda güclü partlayış baş verib. Özbəkistan Fövqəladə Hallar Nazirliyindən verilən açıqlamada yanğınla əlaqədar hadisə yerinə 16 yanğınsöndürmə briqadasının göndərildiyi, yerli vaxtla saat 05.02-də yanğının nəzarətə alındığı və qrupların işinin davam etdiyi bildirilib .

Partlayış nəticəsində 17 yaşlı uşağın öldüyünü, 163 nəfərin yaralandığını açıqlanıb. Açıqlamada yaralılardan 24-nün xəstəxanaya yerləşdirildiyi, digərlərinə isə hadisə yerində tibbi yardım göstərildiyi bildirilib. Nazirliyin Telegram kanalında verdiyi ilk açıqlamaya görə, xəsarət alanların heç birinin vəziyyəti ağır deyil. Partlayış səsi Daşkəndin bir çox yerindən eşidildiyi halda, sosial şəbəkələrdə yayılan görüntülərdə alov buludunun və tüstünün gecə səmasına qalxdığı görünür.

 

 

Pərvanə Fərhadqızı