Ukrayna və NATO-ya üzv olan və Kiyevi silahlarının əhəmiyyətli hissəsini təmin edən dövlətlər üçün sursat istehsalı artırılacaq.
QHT.az xəbər verir ki, ABŞ-ın NATO-dakı səfiri Culian Smitin sözlərinə görə, NATO həm ukraynalılar, həm də Ukraynaya yardım göstərən bəzi NATO üzvləri üçün sursat çatışmazlığına diqqət yetirərək, öz çatışmazlıqlarına səbəb olan müdafiə istehsalı üzrə fəaliyyət planı adlandırdığımız plan üzərində işləməyə başladı.
Qərb ölkələri silah və sursat verməklə Ukraynaya Rusiyanın təcavüzünə qarşı müqavimət göstərməkdə fəal köməklik göstərirlər. Avropa Parlamenti Ukrayna dövlətinin ehtiyacları üçün Avropada sursat istehsalının artırılmasını dəstəkləyib.
Qeyd edək ki, Ukrayna da fəal sursatlar istehsal edir. Bu ilin iyun ayında bütün 2022-ci illə müqayisədə daha çox minaatan və artilleriya mərmisi istehsal edib.
Pərvanə Fərhadqızı