Ceyhun Bayramov Anım Günü ilə bağlı paylaşım edib -FOTO
Xarici işlər naziri Ceyhun Bayramov 27 Sentyabr - Anım Günü ilə bağlı paylaşım edib.
Nazir paylaşımı özünün “X” sosial şəbəkə hesabında dərc edib.
“44 günlük Vətən müharibəsinin başlanmasının 3-cü ildönümü və 27 Sentyabr - Anım Günündə, öz canları və qanları bahasına bayrağımızı işğaldan azad olunmuş torpaqlarımızda dalğalandıran, qürur, iftixar mənbəyimiz olan qəhrəman şəhidlərimizin əziz xatirəsini dərin hörmətlə yad edirik”.