Qənirə Paşayevanın son durumu açıqlandı

Mərkəzi Klinikanın baş həkimi Kamran Musayev millət vəkili Qənirə Paşayevanın son durumu ilə bağlı açıqlama verib.

 

QHT. az Axar.az -a istinadən xəbər verir ki, baş həkim Qənirə Paşayevanın vəziyyətinin ağır olduğunu bildirib:

 

“Qənirə xanımın reanimasiya şöbəsində süni tənəffüs aparatına bağlı müalicəsi davam edir”.

 

Qeyd edək ki, millət vəkili 24 sentyabr 03 radələrində komaya düşüb və Mərkəzi Klinik Xəstəxanasına yerləşdirilib.